Avropa Komissiyası və Ukrayna Kiyevin müdafiə sənayesi proqramlarına qoşulmasına dair saziş imzalayıb

Digər ölkələr
  • 14 iyul, 2026
  • 15:18
Avropa Komissiyası və Ukrayna Kiyevin müdafiə sənayesi proqramlarına qoşulmasına dair saziş imzalayıb

Avropa Komissiyası Ukrayna ilə müdafiə sənayesinin iki proqramına qoşulmaq barədə saziş imzalayıb.

"Report" xəbər verir ki, bu barədə Avropa Komissiyasının müdafiə və kosmos məsələləri üzrə komissarı Andryus Kubilyus özünün "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Ukraynanın müdafiə naziri Mixail Fyodorovla birlikdə biz Ukraynanın Avropa İttifaqının müdafiə sənayesinin iki əsas proqramına - Avropa Müdafiə Fonduna (EDF) və Avropa Müdafiə Sənayesi Proqramı çərçivəsində Ukraynaya dəstək alətinə (EDIP/USI) qoşulmasına dair sazişlər imzaladıq. Ukrayna bizim siyasətimizin bir hissəsinə çevrilir. İnteqrasiya davam edir!", - A.Kubilyus yazıb.