Avropa Komissiyası Rusiyanın G20 görüşlərində iştirak hüququnu təsdiqləyib
Digər ölkələr
- 24 sentyabr, 2026
- 15:08
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya "Böyük İyirmiliy"in (G20) üzvü kimi qrupun görüşlərində iştirak etmək hüququna malikdir.
"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Olaf Qill Brüsseldə keçirilən brifinqdə Rusiya Prezidenti Vladimir Putinin ABŞ-də keçiriləcək G20 sammitinə dəvət edilməsini şərh edərkən bildirib.
"Rusiya G20-nin üzvü olaraq qalır. Buna görə də G20-nin görüşlərində iştirak etmək hüququna malikdir", - o bildirib.
Bununla belə, o qeyd edib ki, Aİ Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləmək və müharibəyə son qoymağa çağırmaq məqsədilə G20 görüşlərindən istifadə etməyə davam edəcək.
Daha əvvəl ABŞ Rusiyanı G20 sammitində iştirak etməyə dəvət etmişdi.
Son xəbərlər
10:08
DYP piyadaları azyaşlılarla hərəkət zamanı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb
Daxili siyasət
10:07
Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 15 %-ə yaxın artıb
Biznes
10:03
Fransada "Ostin" qasırğası səbəbindən 161 min ev işıqsız qalıb
Digər ölkələr
10:02
20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi bu gün Polşa ilə üz-üzə gələcək
Komanda
09:43
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir
Digər
09:43
Azərbaycan Basketbol Liqasında IV tur başlayır
Komanda
09:34
Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq
Maliyyə
09:33
Azərbaycanın icmal büdcəsinin kəsirinin yuxarı həddi 5 % azaldılır
Maliyyə
09:29
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
Futbol