Avropa İttifaqı Baltik dənizindən Qara dənizə qədər müşahidə və müdafiəni gücləndirir

Digər ölkələr
  • 20 oktyabr, 2026
  • 13:31
Avropa İttifaqı Baltik dənizindən Qara dənizə qədər müşahidə və müdafiəni gücləndirir

Avropa İttifaqı (Aİ) hava və dəniz təhdidlərinə qarşı mübarizə aparmaq üçün daha geniş imkanlar təmin etməlidir.

"Report" xəbər verir ki, bunu çərşənbə axşamı Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib.

Onun sözlərinə görə, Aİ zəruri vasitələrin, o cümlədən pilotsuz sistemlərin inkişafı üzrə koalisiya çərçivəsində birgə işlənib hazırlanmasını və satın alınmasını təşviq edir.

"Eastern Flank Watch təşəbbüsü NATO ilə sıx koordinasiyada Baltik dənizindən Qara dənizə qədər müşahidə və müdafiənin gücləndirilməsini nəzərdə tutur", - Kallas vurğulayıb.

O həmçinin Qara dəniz hövzəsinin minalarla çirklənməsi probleminə diqqət çəkib.

"Avropa Müdafiə Agentliyi çərçivəsində Aİ dövlətləri artıq yeni nəsil dəniz minaəleyhinə vasitələrinin, eləcə də ekipajsız dəniz sistemlərinin işlənib hazırlanmasında əməkdaşlıq edirlər", - Kallas qeyd edib.

O əlavə edib ki, Aİ beynəlxalq tərəfdaşlarla, o cümlədən Türkiyə, Hindistan və digər ölkələrlə, həmçinin ərzaq idxal edən Afrika dövlətləri və bütövlükdə Qlobal Cənub ölkələri ilə birlikdə işləyərək Qara dənizdə gəmiçiliyin azadlığına dair razılaşmanın əldə olunmasına çalışır.

"Belə bir razılaşma insanların həyatını və həyati əhəmiyyət kəsb edən tədarükləri qorumağa imkan verərdi", - Kallas deyib.

44 filmi