ABŞ kalium gübrələrinin alınmasına dair Belarusla böyük razılaşmanı müzakirə edir
Digər ölkələr
- 21 sentyabr, 2026
- 20:41
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Belarusdan kalium gübrələrinin alınması üzrə böyük razılaşma üzərində işləyir.
"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da bildirib.
"Birləşmiş Ştatlar Belarusdan kalium gübrələrinin alınması üzrə böyük bir razılaşma üzərində işləyir. Qiymət hazırda Kanadaya ödədiyimizdən əhəmiyyətli dərəcədə aşağı olacaq, bu da fermerlərimiz və ranço sahiblərimiz üçün çox yaxşı xəbərdir", - o yazıb.
Daha əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Minsk Vaşinqtonla sanksiyaların gələcəkdə ləğv edilməsini, səfirliklərin tam fəaliyyətinin bərpasını və Belarus kalium gübrələrinin tədarükünü əhatə edə biləcək böyük razılaşmaya hazırdır.
Son xəbərlər
10:31
Foto
Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçularına dəstək aksiyası keçirilib
Komanda
10:21
Ər-Riyada yönələn ballistik raket vurulub
Digər ölkələr
10:16
Azərbaycan güləşçiləri bu gün dünya çempionatında mübarizə aparacaq
Komanda
10:14
Foto
Azərbaycanın veteran cüdoçuları daha bir medal qazanıblar
Komanda
10:09
Foto
Bakıda "Turandot" tamaşasının premyerası baş tutub
Mədəniyyət siyasəti
10:07
Foto
Anastasiya Lavrina Çində qlobal idarəetmə məsələlərində Azərbaycanın mövqeyini təqdim edib
Xarici siyasət
10:02
Salyanda evə düşən ildırım yanğına səbəb olub
Hadisə
09:52
Bolqarıstanda prezident seçkiləri başlayıb
Digər ölkələr
09:33
FIFA U-15: Azərbaycan millisi bu gün növbəti oyunlarını keçirəcək
Komanda