ABŞ-ın baş prokuroru Konqresdə "Rusiya işi" ilə bağlı sorğu-sual ediləcək
Digər ölkələr
- 07 noyabr, 2017
- 06:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 noyabr. REPORT.AZ/ ABŞ-ın baş prokuroru və ədliyyə naziri Ceff Seşns “Rusiya işi” ilə bağlı noyabrın 14-də Konqresin Nümayəndələr Palatasının Hüquq Komitəsinin üzvləri qarşısında çıxış edəcək.
“Report” xəbər verir ki, bunu “Reuters”ə ABŞ-ın Ədliyyə Nazirliyi və Konqresdən bildiriblər.
Hazırda müxalifətdə olan Demokratlar Partiyasını təmsil edən konqresmenlər C.Seşnsi ABŞ Prezidenti Donald Trampın seçki qərargahında işləyən şəxslərin Rusiya təmsilçiləri ilə əlaqələrinə dair sorğu-suala çəkmək üçün imkan əldə edəcəklər.
Bundan başqa, C.Seşns noyabrın 14-də Konqresin Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Komitəsinin qapalı iclasında da məsələ ilə bağlı çıxış etməlidir.
Son xəbərlər
16:42
"İmişli" Afrikadan dəvət etdiyi futbolçulardan 4-ü ilə müqavilə bağlayıb
Futbol
16:37
Foto
AFFA nümayəndələri Praqada UEFA-nın illik konfransında iştirak ediblər
Futbol
16:23
Merts və Tramp Ukraynadakı müharibənin tezliklə başa çatdırılmasını müzakirə ediblər
Digər ölkələr
16:21
Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb, 112 polis yaralanıb
Digər ölkələr
16:21
Foto
SPECA iştirakçı dövlətləri Bişkekdə sərhədkeçmə prosedurlarının sadələşdirilməsini müzakirə edib
İnfrastruktur
16:15
Foto
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
İnfrastruktur
16:15
ABB-nin dəstəyi ilə bir gündə 1 250 ağac əkildi
Maliyyə
16:11
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Ekologiya
16:09
Emin Mahmudov: "Azərbaycan millisinin formasını ilk dəfə geyindiyim günü heç vaxt unutmayacağam"
Futbol