ABŞ Hindistanı sanksiyalarla hədələyib
Digər ölkələr
- 04 oktyabr, 2018
- 13:06
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 oktyabr. REPORT.AZ/ Hindistan Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemi alacağı təqdirdə, ABŞ-ın sanksiyasına məruz qalacaq.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmisi “The Hindu” adlı sayta bildirib.
Qeyd olunub ki, bu qadağa “Sanksiyalar vasitəsilə Amerika düşmənlərinə müqavimət haqqında" (CAATSA) qanuna əsasən tətbiq ediləcək. Bu, İran, Şimali Koreya və Rusiya ilə “əhəmiyyətli alış-veriş” edən istənilən ölkəyə tətbiq olunacaq.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin oktyabrın 4-də Hindistana ikigünlük rəsmi səfəri gözlənilir. “S-400”lə bağlı müqavilənin də həmin səfər çərçivəsində imzalanacağı ehtimal edilir.
Son xəbərlər
12:32
Azərbaycanın vergi orqanları 9 ayda 373 cinayət işi açıb
Biznes
12:32
"Barselona"nın futbolçusu Dani Olmo "Real"la oyunu buraxacaq
Futbol
12:29
EBRD Orta Dəhliz üzrə dəniz nəqliyyatına investisiyaları artırmaq istəyir
İnfrastruktur
12:29
Gündüz İsmayılov: Azərbaycan ailəsi din pərdəsi altında başqa xalqların ailəsinə çevrilməməlidir
Din
12:29
Lixaçov və Qrossi Antalyada Zaporojye AES-in vəziyyətini müzakirə edəcək
Energetika
12:29
XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində 7 gün ərzində 300-dən çox tədbir keçiriləcək
Mədəniyyət siyasəti
12:26
Mirzoyan: TRIPP Azərbaycan, Gürcüstan və İranla sərhəd keçidini sadələşdirəcək
Region
12:23
Səfir: Səudiyyə Ərəbistanı azərbaycanlı tələbələrə hər il 121 təqaüd təqdim edir
Elm və təhsil
12:22
Sabah rayonlarda yağış yağacaq
Ekologiya