ABŞ-da sərnişin gəmisi qəzaya uğrayıb, azı 18 nəfər xəsarət alıb
Digər ölkələr
- 17 iyun, 2017
- 23:48
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 18 iyun. REPORT.AZ/ Amerikanın Hayennis-Port şəhərində (Massaçusets ştatı) sərnişin bərəsinin qəzaya uğraması nəticəsində azı 18 nəfər xəsarət alıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü şəhər yanğın idarəsinin rəhbəri Din Melanson məlumat verib.
Onun sözlərinə görə, qəza gəmi yerli limana daxil olan zaman baş verib. Bərə, hazırda məlum olmayan səbəblərdən yanalma körpüsünə çırpılıb. Nəticədə gəmi saya oturub və deşilib.
Bərədə 50-dən çox sərnişin və heyət üzvü olub. Onların hamısı uğurla təxliyyə edilib.
"Cəmi 18 nəfər yaralanıb, onlardan 15 nəfəri xəstəxanaya yerləşdirilib", - deyə Melanson bildirib.
Son xəbərlər
09:26
Foto
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
Energetika
09:23
Fatmayıda partlayış olub, iki nəfər xəsarət alıb
Hadisə
09:13
Azərbaycan Premyer Liqasında XI tura start verilir
Futbol
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (06.11.2026)
Maliyyə
08:55
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (06.11.2026)
Maliyyə
08:52
Video
Türkiyədə keçirilən əməliyyatlarda 12 nəfər saxlanılıb
Region
08:30
ABŞ-də bir gündə üç nəfər edam edilib
Digər ölkələr
08:15
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
Hadisə
08:10
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur