ABŞ-da atışma zamanı 10 nəfər ölüb, yaralananlar var
Digər ölkələr
- 22 yanvar, 2023
- 09:31
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Yanvarın 21-də axşam saatlarında ABŞ-ın Kaliforniya ştatının Los-Anceles ətrafı Monterey Park şəhərində naməlum şəxsin (və ya şəxslərin-red) “Çin Yeni ili” festivalının iştirakçılarına atəş açması nəticəsində azı 10 nəfər həlak olub, yaralananlar var.
Bu barədə “Report” yerli KİV-ə istinadən xəbər verir. Qeyd edilir ki, hadisə zamanı çoxlu sayda xəsarət alanlar var. Qeyri-rəsmi məlumata görə, hadisə zamanı 16 nəfər yaralanıb.
Hadisə şahidləri bildiriblər ki, əvvəlcə atışmanı atəşfəşanlığın səsi ilə səhv salıblar.
Əraziyə polis əməkdaşları və tibb işçiləri cəlb olunub. İstintaq başlayıb. Hadisəni törədən şəxsin (və ya şəxslərin-red) taleyi naməlum olaraq qalır. Atışmanın motivləri hələ məlum deyil.
Son xəbərlər
01:16
Bavariyanın iqtisadiyyat naziri hoteldə ölü tapılıb
Digər ölkələr
01:08
UEFA Çempionlar Liqası: "Vikinq" - "Sabah" oyununda ikinci hissə başlayıb - Yenilənir-4
Futbol
01:05
ABŞ İrana bağlı fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib
Digər ölkələr
00:53
"Benfika" FIBA Avropa Kubokunda "LANDAU Lions"a qalib gəlib
Komanda
00:35
Zelenski Trampın xüsusi nümayəndələri ilə Əbu-Dabidəki danışıqlara hazırlığı müzakirə edib
Digər ölkələr
00:09
Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır
Digər ölkələr
23:52
Ukrayna Brüsseldə tərəfdaşları ilə müharibədən sonrakı bərpa planını müzakirə edib
Digər ölkələr
23:31
Naxçıvanda ilk dəfə torakoskopik üsulla ağciyər rezeksiyası əməliyyatı həyata keçirilib
Sağlamlıq
23:20
Tramp respublikaçıların seçkilərdə məğlubiyyətində İranla müharibənin rolunu etiraf edib
Digər ölkələr