ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin iki nümayəndəsinə sanksiya tətbiq edib
- 19 avqust, 2026
- 03:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Vaşinqton administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) iki vəzifəli şəxsinə sanksiya tətbiq edib.
"Report"un məlumatına görə, bu, ABŞ dövlət katibi Marko Rubionun bəyanatında yer alıb.
Bəyanata görə, məhdudiyyətlər BCM-in sədri Tomoko Akane və məhkəmənin nümayəndəsi Əbdülay Sayeyə tətbiq olunub.
"Bu şəxslər BCM-in yurisdiksiyasından kənar ölkələrin vəzifəli şəxslərini təqibi, saxlamaq və məhkəməyə vermək səylərində birbaşa iştirak ediblər", - ABŞ Dövlət Departamentinin mətbuat xidməti M.Rubionun sözlərinə istinadən bildirib.
Xatırladaq ki, 6 fevral 2025-ci ildə ABŞ Prezidenti Donald Tramp BCM vəzifəli şəxslərinə sanksiya tətbiq edən fərman imzalayıb, təşkilatı Vaşinqtona və İsrail kimi müttəfiqlərinə qarşı qanunsuz hərəkətlərdə ittiham edib.