Yeni yaradılan dövlət qurumunda işçilərinin aylıq vəzifə maaşları müəyyənləşib - SİYAHI
Daxili siyasət
- 20 noyabr, 2017
- 08:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 20 noyabr. REPORT.AZ/ Nazirlər Kabineti Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin say həddinin müəyyən edilməsi və aylıq vəzifə maaşlarının təsdiq edilməsi barədə qərar qəbul edib.
“Report”un xəbərinə görə, sənədi Baş nazirinin birinci müavini Yaqub Eyyubov imzalayıb.
Qərarla, Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin say həddi 15 vahid müəyyən edilib.
Mənəvi Dəyərlərin Təbliği Fondunda İcraçı direktor 1150 manat, icraçı direktorun müavini 895 manat, şöbə müdiri, baş mühasib 590 manat, baş məsləhətçi 410 manat, aparıcı məsləhətçi 390 manat, məsləhətçi 380 manat, kargüzarlıq və arxiv işinin aparılması üzrə mütəxəssis 200 manat, Sürücü 220 manat, Xadimə isə 155 manat maaş alacaq.
Son xəbərlər
03:12
Albaniyada etirazçılar şəhər meriyasının binasını yandırıblar
Digər ölkələr
03:02
Antonelli Ostində keçirilən "Formula 1" üzrə ABŞ Qran-Prisinin təsnifat mərhələsini qazanıb
Formula 1
02:54
Biləsuvar rayonunun əksər hissəsi işıqsız qalıb
Energetika
02:28
Tramp ABŞ-nin İrana zərbələrinin bərpasını istisna etməyib
Digər ölkələr
01:45
İnfantino FIFA U-15-in təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib
Futbol
01:06
Video
Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb
Futbol
00:37
"Al-Arabiya": İran ABŞ-yə blokadanın ləğvi müqabilində Hörmüz boğazını açmağı təklif edib
Region
00:14
Tovuzda iki nəfərə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib
Hadisə
00:04
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür
Daxili siyasət