Şirvanda Birinci Qarabağ müharibəsinin şəhidi Elman Çıraqov dəfn edilib – YENİLƏNİB
- 05 iyun, 2024
- 14:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elman Almaz oğlu Çıraqovla Şirvan şəhərində keçirilən vida mərasimi başa çatıb.
"Report"un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Şirvan şəhəri Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Şirvan Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
17:59
Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elman Almaz oğlu Çıraqovun meyitinin qalıqları Şirvan şəhərinə gətirilib.
"Report"un Aran bürosunun məlumatına görə, şəhidin nəşi Şirvan şəhərində ailəsinə təhvil verilib.
Şəhidlə vida mərasimi keçirilir. E.Çıraqov Şirvan şəhərindəki Şəhidlər xiyabanında dəfn olunacaq.
Qeyd edək ki, 1970-ci ildə Şirvan şəhərində doğulan Elman Almaz oğlu Çıraqov 1992-ci il avqustun 21-də Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb.