Respublika Elmi-Texniki Kitabxanasının işçilərinin sayı azaldılıb - QƏRAR

Daxili siyasət
  • 28 dekabr, 2019
  • 17:47
Respublika Elmi-Texniki Kitabxanasının işçilərinin sayı azaldılıb  - QƏRAR

Nazirlər Kabineti “Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının işçilərinin say həddinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 sentyabr tarixli 379 nömrəli Qərarında dəyişiklik edib.

“Report” xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının işçilərinin say həddi 126 vahiddən 100 vahidə endirilib.

44 - Tezliklə