Prezident İlham Əliyev "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Daxili siyasət
  • 30 oktyabr, 2026
  • 19:47
Prezident İlham Əliyev FIFA U-15 World Cup and Festivalın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib.

"Report" xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandaları üz-üzə gəliblər. Rəqibini 3:0 hesabı ilə məğlub edən İspaniya millisi FIFA U-15 ilk dünya çempionatı və festivalının qalibi olub.

Dövlətimizin başçısı qaliblərin mükafatlandırılması mərasimində iştirak edib.