Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Müşahidə Şurasının növbəti iclası keçirilib
- 02 iyul, 2026
- 12:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
"Report" xəbər verir ki, iclasda mərkəzin birinci yarımil üzrə fəaliyyətinə dair hesabatı dinlənilib, habelə "Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında" Azərbaycan Prezidentinin 2026-cı il 25 iyun tarixli 700 nömrəli Fərmanından irəli gələn vəzifələr müzakirə olunub.
Müşahidə Şurasının sədri Gündüz Kərimov gündəlikdə olan məsələləri iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra mərkəzin İcraçı direktoru Samir Mahmudov birinci yarımili üzrə qurumun fəaliyyəti, onun işinin təşkili, kadrların formalaşdırılması, həmçinin fəaliyyət istiqamətləri ilə əlaqədar görülmüş işlər, gələcək hədəflər və planlar barədə iclas iştirakçılarına ətraflı məlumat verib.
İclasda həmçinin Mərkəz tərəfindən əvvəlki dövrlərdə görülmüş işlər və əldə olunmuş nailiyyətlər də müzakirə edilib.
Sonda Mərkəzin və İnstitutun cari fəaliyyəti ilə əlaqədar olan məsələlər ətrafında fikir mübadiləsi aparılıb, növbəti il üçün planlar və hədəflər müzakirə edilib.