Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müəssisə rəisi işdən çıxarılıb - FOTO

Daxili siyasət
  • 29 noyabr, 2016
  • 17:34
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müəssisə rəisi işdən çıxarılıb - FOTO

Quba. 29 noyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Quba rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəisi Mustafa Əhmədov vəzifəsindən azad edilib.

Quba Rayon İcra Hakimiyyəti "Report"un Şimal bürosuna faktı təsdiqləyib.

Rəisin 2 ay öncə nazirliyin Qubada apardığı yoxlamaların nəticələrinə əsasən işdən kənarlaşdırıldığı bildirilir.

Quba rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin yeni rəhbərinin kim olduğu açıqlanmır.

44 filmi