“Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” sərəncama dəyişikliklər edilib
- 07 avqust, 2017
- 14:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 avqust. REPORT.AZ/ Prezident İlham Əliyev “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyul tarixli 2934 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sərəncama əsasən, “İnzibati vəzifələrin təsnifatı üzrə:” hissəsinin “Yeddinci təsnifat” bəndinə “Yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində:” yarımbəndindən əvvəl aşağıdakı məzmunda yarımbənd əlavə edilib.
| Gəncə və Sumqayıt icra hakimiyyəti başçılarının yanında olan orqanlarda: | |
| rəhbər | 365 |
| rəhbərin müavini | 345 |
| sektor müdiri, baş mühasib | 315 |
| baş məsləhətçi | 290 |
| böyük məsləhətçi | 285 |
| aparıcı məsləhətçi | 280 |
| məsləhətçi | 275 |
“Yardımçı vəzifələrin təsnifatı üzrə:” hissəsinin “Dördüncü təsnifat” bəndinin birinci abzasına üçüncü halda “bölmələrində,” sözündən sonra “yerli icra hakimiyyəti başçısının yanında olan orqanlarda,” sözləri əlavə edilib.