Cüdo Federasiyasının rəhbərliyi və kollektivi Şəhidlər Xiyabanını ziyarət edib

Daxili siyasət
  • 20 yanvar, 2018
  • 15:25
Cüdo Federasiyasının rəhbərliyi və kollektivi Şəhidlər Xiyabanını ziyarət edib

Bakı. 20 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi və kollektivi Qanlı Yanvar faciəsində şəhid olanların əziz xatirəsini ehtiramla yad edib.

"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, məşqçilər, idmançılar, eləcə də cüdo ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edərək məzarlar üzərinə gül dəstələri qoyublar.