Bu ilin sonuna qədər Ağdamın üç kəndinə köçürüləcək ailələrin sayı açıqlanıb
Daxili siyasət
- 03 may, 2024
- 08:34
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin sonuna qədər Ağdamın işğaldan azad olunan üç kəndinə köç təmin ediləcək.
"Report" xəbər verir ki, bunu Ağdam, Füzuli, Xocavənd rayonları üzrə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Ağdamda keçirilən "Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri" mövzusunda xüsusi sessiyada deyib.
O qeyd edib ki, Ağdamın Kəngərli kəndinə 292, Xıdırlı kəndinə 719, Sarıcalı kəndinə 203 ailənin köçürülməsi nəzərdə tutulur. Köçürülən əhalinin işlə təmin olunması üçün zavod və fabriklər inşa edilir.
B.Hacıyev əlavə edib ki, düşmənin ölü zonaya çevirdiyi Ağdamda hazırda infrastruktur işləri görülür.
Son xəbərlər
08:31
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:26
Senatda demokratların lideri İranla müharibəni başa çatdıracağına söz verib
Digər ölkələr
08:08
Paraqvay parlamenti prezidentin impiçmenti təşəbbüsünü müzakirə edəcək
Digər ölkələr
08:00
Cənubi Koreya XİN: ABŞ-la birgə hərbi təlimlər sırf müdafiə xarakteri daşıyır
Digər ölkələr
07:52
Türkmənistan Prezidenti "Şimal-Cənub" dəhlizi çərçivəsində yeni avtomobil yolunu açıb
İnfrastruktur
07:38
Bakının iki rayonunda işıq kəsiləcək
Energetika
07:04
Yaponiya kütləvi məlumat sızmalarına qarşı xüsusi qrup yaradacaq
Digər ölkələr
06:37
Bob Dilan Roma Papası XIV Leo ilə Vatikanda görüşüb
Digər ölkələr
06:13
Şimali Koreyada yeni HHM kompleksi sınaqdan keçirilib
Digər ölkələr