Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü münasibətilə paylaşım edib

Daxili siyasət
  • 28 may, 2025
  • 09:25
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü münasibətilə paylaşım edib
Mehriban Əliyeva

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 28 May - Müstəqillik Günü münasibətilə rəsmi instaqram hesabında paylaşım edib.

"Report" xəbər verir ki, paylaşımda deyilir:

"Əziz həmvətənlər!
Müstəqillik Günü münasibətilə sizi təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik, ölkəmizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram! Qoy Azərbaycanın dövlət müstəqilliyi əbədi və sarsılmaz olsun!
Uca Tanrı Vətənimizi qorusun!"

44 filmi