Baş nazirin müavini: "Azərbaycan gəncləri sosial şəbəkələrdə keçirdikləri vaxtı daha mühüm məsələlərə həsr etməlidirlər"
- 01 fevral, 2018
- 06:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 1 fevral. REPORT.AZ/ "Yeni Azərbaycan Partiyasının tərkibində 270 mindən çox gənc var, onların 58 mindən çoxu tələbədir".
"Report" xəbər verir ki, bunu YAP Gənclər Birliyinin 2017-ci ildəki fəaliyyətinin yekunlarına və 2 fevral-Azərbaycan Gənclər Gününə həsr olunan tədbirdəi, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov deyib.
O bildirib ki, Azərbaycan əhalisinin tərkibində gənclərin çəkisi böyükdür: "Bu uzun müddət belə davam edəcək. Gənclərin qarşısında çox əhəmiyyətli vəzifələr dayanır. Mən istəyərdim ki, gənclər sosial şəbəkələrdə keçirdikləri vaxtları daha mühüm məsələlərə, ölkənin bu günü və gələcəyi ilə bağlı məsələlərə həsr etsinlər. Biz gənclərimizlə fəxr edirik, qürur duyuruq. Gənclərin inkişaf etdirilməsi, onların özlərini ifa etməkləri üçün hər bir şəraitin yaradılması prezidentin həyata keçirdiyi əsas siyasətlərdən biridir".