WEF: "Pandemiya Azərbaycan KOB-larının rəqəmsal texnologiyalara tələbatını artırıb"

Biznes
  • 29 dekabr, 2021
  • 07:05
WEF: Pandemiya Azərbaycan KOB-larının rəqəmsal texnologiyalara tələbatını artırıb

Koronavirus pandemiyası dünyada, xüsusilə IV Sənaye İnqilabı Şəbəkəsinin bir hissəsi olan 6 ölkədə (Azərbaycan, Türkiyə, Braziliya, Kolumbiya, Qazaxıstan və Cənubi Afrika) kiçik və orta biznes (KOB) subyektlərinin rəqəmsal texnologiyalara tələbatını artırıb.

“Report” xəbər verir ki, bu barədə Dünya İqtisadi Forumu (WEF) KOB-lar arasında keçirdiyi sorğuya əsasən məlumat yayıb.

Bununla da, qurum bəyan edib ki, qlobal şirkətlərin 97%-i pandemiyadan çıxmaq üçün texnologiyalarnın mənimsənilməsini sürətləndirsə də, KOB-ların yalnız 23%-i resurslarını yeni rəqəmsal alətlərə yönəldə bilib.

"KOB-lar hələ də məcburi sağlamlıq və təhlükəsizlik tədbirlərini yerinə yetirmək üçün mübarizə aparır. Bu da onların fəaliyyət qabiliyyətini təhlükə altına alır.

KOB-lar qlobal miqyasda bütün şirkətlərin 90%-dən çoxunu təmsil edir və 10 iş yerindən 7-ni yaradaraq, sosial mobilliyin əsas hərəkətvericiləridir",- deyə məlumatda qeyd olunub.