SKMF Neftçalada sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Biznes
  • 19 aprel, 2017
  • 05:00
SKMF Neftçalada sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 19 aprel. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Neftçala rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

“Report” Fonda istinadən xəbər verir ki, iş adamlarından süd emalı, meyvəqurutma, çörək və şirniyyat məhsulları, qablaşdırma materialı, bal emalı və qablaşdırılması, plastik qablar, polietilen paketlər, corab və təbii məhsullardan sabun istehsalı müəssisələrinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar bu gündən müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-yə müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172.

Telefon: (012) 434-74-29. Faks: (012) 432-37-17. e-poçt: info@anfes.gov.az

44 filmi