Şahin Bağırov TDT-nin Gömrük Administrasiyaları Rəhbərlərinin iclasında iştirak edəcək
Biznes
- 01 sentyabr, 2025
- 13:19
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Qazaxıstanda keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Gömrük Administrasiyaları Rəhbərlərinin XI İclasında təmsil olunacaq.
"Report" xəbər verir ki, iclas sentyabrın 6-8-də Türküstan şəhərində baş tutacaq.
Azərbaycandan bu tədbirdə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov iştirak edəcək.
Məlumata görə, Türk Dövlətləri Təşkilatının Gömrük Administrasiyaları Rəhbərlərinin iclasında qəbul edilmiş qərarların icrası çərçivəsində bir neçə ekspert görüşünün keçirilməsi və bir sıra sənədlərin razılaşdırılması nəzərdə tutulub.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının Gömrük Administrasiyaları Rəhbərlərinin X İclası bu ilin yanvar ayında Bakıda keçirilib.
Шахин Багиров примет участие в заседании глав таможенных администраций ОТГ
Azerbaijan to attend OTS customs chiefs' meeting in Kazakhstan
Son xəbərlər
18:45
Foto
Estoniya və Azərbaycan texnologiya şirkətləri arasında əməkdaşlıq imkanları müzakirə edilib
İKT
18:43
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Xarici siyasət
18:37
Foto
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
Fərdi
18:34
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Xarici siyasət
18:25
Gələn il AÇG-dən gündəlik 316 min bareldən çox neft hasil ediləcəyi gözlənilir
Energetika
18:10
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
Xarici siyasət
18:10
Foto
"Bank of Baku" ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Maliyyə
18:07
Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
Hadisə
18:02
İşğaldan azad edilmiş ərazilərdə özəl sektorun 1 300-dən artıq layihəsi icra olunur
Biznes