Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərilib
Biznes
- 14 avqust, 2026
- 17:05
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.
"Report" xəbər verir ki, 6 vaqondan ibarət, çəkisi 420 ton olan buğda ötən gün "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 40 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 67 min ton taxta göndərilib.
Eyni zamanda, indiyə qədər Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.
Son xəbərlər
23:52
Bessent: Avropa Rusiyaya Ukraynaya ayırdığından daha çox pul ödəyib
Digər ölkələr
23:38
Fransada etiraz aksiyaları zamanı təxminən 2 400 nəfər saxlanılıb - Yenilənib-2
Digər ölkələr
23:23
Almaniya siyasətçisi təsadüfən deputat mandatından imtina edib
Digər ölkələr
22:58
İran 2027-ci ildə yerli qırıcı təyyarəsini sınaqdan keçirmək niyyətindədir
Region
22:43
ABŞ Avropanı "Starlink"ə qarşı məhdudiyyətlərə görə sarsıdıcı cavabla hədələyib
Digər ölkələr
22:18
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
Digər ölkələr
21:54
Video
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Daxili siyasət
21:49
Marko Rubio Özbəkistana səfərə gedib
Region
21:40
Sorğu: Trampın reytinqi rekord həddə enib
Digər ölkələr