Rusiyadan Azərbaycana dərman preparatlarının gətirilməsinin qarşısı alınıb
Biznes
- 16 iyun, 2022
- 08:16
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Dövlət Gömrük Komitəsi (DGK) Rusiyadan Azərbaycana gələn nəqliyyat vasitəsində dərman preparatları aşkarlayıb.
“Report”un komitəyə istinadən verdiyi məlumata görə, DGK-nın Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Volvo” markalı yük nəqliyyat vasitəsi saxlanılıb.
Yoxlama zamanı avtomobilin kabinasında, yataq yerinin altındakı soyuducunun içərisində və əşyalar qoymaq üçün nəzərdə tutulan yerlərdə gömrük nəzarətinə bəyan edilməyən 300 ampul “Natriya Tiosulfat 10 ml” adlı dərman preparatı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
11:13
Pediatr: Payız-qış aylarında uşaqlar arasında infeksiya artımını mövsümlə əlaqələndirmək düzgün deyil
Sağlamlıq
11:12
FHN bayram günlərində güclənmiş rejimdə çalışacaq
Hadisə
11:12
Gələn il diaspor fəaliyyətinə sərf ediləcək xərclərin strukturu məlum olub
Milli Məclis
11:12
Azərbaycanda gələn il səhiyyə xərclərinin gözlənilən strukturu açıqlanıb
Milli Məclis
11:10
Yol polisi bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət edib
Hadisə
11:09
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
Fərdi
11:09
Azərbaycanda alternativ enerji fəaliyyətinə xüsusi icazə verilməsi üçün dövlət rüsumu ləğv edilir
Maliyyə
11:08
Foto
Xankəndidə Zəfər Gününə həsr edilmiş film nümayiş olunub
Qarabağ
11:08
Ombudsman: Qarabağın ekoloji sisteminə vurulmuş ağır ziyanla bağlı məsələlər öz həllini gözləyir
Daxili siyasət