Pakistan səfiri Azərbaycanda əlaqələrin güclənməsi üçün birbaşa aviareysin açılmasını vacib sayır
- 04 iyul, 2018
- 11:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 iyul. REPORT.AZ/ "Azərbaycan və Pakistan öz regionlarında vacib nəqliyyat qovşağı ola bilər".
"Report"un məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan-Pakistan biznes forumunda Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand bildirib.
Bu mənada səfir Bakı-Tbilisi-Qars, CPEC (China - Pakistan Economy Coridor), "Lapis Lazuli", "Aşqabad təşəbbüsü" kimi nəqliyyat layihələrinin vacibliyini qeyd edib.
O, çıxışında həmçinin iki ölkə arasında siyasi əlaqələrin ticarətin inkişafı üçün vacibliyinə toxunub: "Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Bu müddət ərzində Pakistanın 4 prezidenti və 2 baş naziri Azərbaycana səfər edib. Eyni zamanda Azərbaycanın ümummilli lideri Heydər Əliyev və hazırk Prezident İlham Əliyev Pakistana səfər ediblər. Bu səfərlər təkcə ölkələrimizi və liderləri bir biri ilə yaxın etməyib, bizim qardaşlığımızı da gücləndirib. Bu əlaqələr vacibdir ki, ticarət sahəsində əlaqələrimiz inkişaf etsin və biznes nümayəndələri bir-birini daha yaxından tanısınlar".
S.X.Mohmand iki ölkə arasında birbaşa aviareysin olmasının əhəmiyyətini də vurğulayıb.