Nur Çörək Zavodu Bakı Qida Sənayesi Kolleci ilə əməkdaşlıq müqaviləsi imzaladı
- 10 fevral, 2022
- 05:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Nur Çörək Zavodu və Bakı Qida Sənayesi Kolleci ölkədə qida sektoru üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, bu sahədə kadr çatışmazlığının aradan qaldırılmasına dəstək məqsədilə əməkdaşlıq edəcək.
Əməkdaşlıq çərçivəsində kollecin tələbələri öz nəzəri biliklərini 14 ildir süfrələrimizi dadlı və keyfiyyətli çörəkləri ilə bəzəyən Nur Çörək Zavodunda praktiki tətbiq edə biləcəklər, çörək və un məmulatlarının təbii hazırlanmasını əyani şəkildə öyrənəcəklər.
Praktik bilikləri və təcrübə prosesini uğurla başa vuran tələbələr peşəkar kadr kimi işə hazır olacaqlar.
Əməkdaşlıqla bağlı görüşdə Moskvada və Kiyevdə qida təhsili almış mütəxəssislərimiz "Opara "texnologiyasının mahiyyətini tələbələrə əyani şəkildə izah ediblər, öz təcrübələrini bölüşüblər.
Tələbələr əsas xammal olan unun çeşidlənməsi və labaratoriya analizinin necə aparılması, çörəyin hazırlanmasında istifadə olunan inqridiyentlərin keyfiyyəti ilə tanış olublar, çörəyin hazırlanması və daşınması prosesini izləyiblər.
Kollecin nümayəndəsi qeyd edib ki, Nur Çörək Zavodu özü-özlüyündə bir məktəbdir. Burada bütün istehsal prossesləri şəffaf şəkildə ictimaiyyətə açıqdır. Zavod bu sahədə çalışmaq istəyən gənclərə həm örnək, həm dəstəkdir.