Naxçıvan sahibkarları 9 ayda 6 milyon manat güzəştli kredit alıblar

Biznes
  • 28 oktyabr, 2026
  • 15:17
Naxçıvan sahibkarları 9 ayda 6 milyon manat güzəştli kredit alıblar

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) 172 investisiya layihəsinin maliyyələşdirilməsinə 6 milyon güzəştli kredit ayırıb.

"Report"un yerli bürosu xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə maliyyələşdirilən layihələrin sayı 51 % artıb.

Kredit ayrılmış layihələr üzrə 187 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Maliyyələşdirilən layihələrin 91,3 %-i, ayrılan güzəştli kredit məbləğinin isə 64,2 %-i muxtar respublikanın rayon və kəndlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşüb.

Güzəştli kreditlərin 56,1 %-i kənd təsərrüfatı, 28 %-i sənaye, 15,9 %-i isə xidmət sahələrinə yönəldilib.

44 filmi