Müasir iqtisadiyyatda investisiyaların cəlb edilməsinin əsas şərti açıqlanıb
- 25 iyun, 2026
- 12:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Müasir iqtisadiyyatda investisiyaların cəlb edilməsinin əsas şərtlərindən biri etibarlı biznes və maliyyə mühitinin formalaşdırılmasıdır.
"Report" xəbər verir ki, bunu Qazaxıstanın Auditorlar Palatasının icraçı direktoru Akan Arıstan Bakıda keçirilən "Dövlətin və təsərrüfat subyektlərinin mənafelərinin müdafiəsində auditin rolu" mövzusunda beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, investorlar ilk növbədə şəffaf, hesabatlı və etimadın yüksək olduğu bazarlara üstünlük verirlər.
"İnvestisiya ilk növbədə etimad olan mühitə gəlir. Etimad olmayan yerdə kapital hərəkət etmir. Keyfiyyətli audit investora şirkətin real maliyyə vəziyyətini obyektiv qiymətləndirməyə, riskləri azaltmağa və korporativ idarəetmənin keyfiyyətini yüksəltməyə imkan verir. Rəqəmsal iqtisadiyyatın sürətlə inkişaf etdiyi şəraitdə auditin rolu daha da artır. Auditorlar artıq təkcə maliyyə hesabatlarını yoxlamır, həm də informasiya sistemlərini, rəqəmsal platformaları, daxili nəzarət mexanizmlərini, kibertəhlükəsizlik risklərini və risklərin idarə olunması proseslərini qiymətləndirirlər".