"Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək
Biznes
- 27 may, 2026
- 12:34
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İyunun 30-da, saat 11:00-da "Kristal Bakı" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq şirkətin Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, ev 11, mənzil 2 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə "Kristal Bakı"nın kənar auditdən keçmiş illik maliyyə və idarəetmə hesabatlarının təsdiq edilməsi, eləcə də ötən il əldə etdiyi xalis mənfəətin bölüşdürülməsi məsələləri daxildir.
Xatırladaq ki, "Kristal Bakı" 2020-ci ildə dövlət qeydiyyatına alınıb, fəaliyyəti yaşayış binalarının inşası və satışı ilə bağlıdır. Onun səhmlərinin 50 %-i Pərviz Vəliyevə, qalan hissəsi isə - hər biri 25 % olmaqla Fərid və Araz Nəbiyevlərə məxsusdur.
Son xəbərlər
11:18
Bu il Azərbaycanda iqtisadi artımın 1,3 % olacağı gözlənilir
Maliyyə
11:16
Azərbaycanda 9 ayda ehtiyat fondlarından 520 milyon manata yaxın vəsait ayrılıb
Maliyyə
11:16
PATA sədri: "Azərbaycan Asiya bazarı üçün yeni və cəlbedici turizm istiqamətidir"
Turizm
11:15
Azərbaycanın valyuta ehtiyatları dünya normasını 13 dəfədən çox üstələyir
Maliyyə
11:15
Beynəlxalq terror təşkilatlarını maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub
Hadisə
11:12
Azərbaycan Premyer Liqası: "Qarabağ", "Sabah" və "Neftçi"nin oyunlarına təyinatlar açıqlanıb
Futbol
11:11
UKMTO: Hörmüz boğazında gəmi yanıb
Digər ölkələr
11:11
156 və 156A nömrəli müntəzəm marşrutlar üzrə avtobuslar yenilənir
İnfrastruktur
11:10
Foto
Mürsəl İbrahimov oktyabr çağırışının icra vəziyyətini müzakirə edib
Daxili siyasət