Gürcüstanın Azərbaycandan içki və tütün idxalına çəkdiyi xərci 5 dəfə artıb
- 20 avqust, 2024
- 06:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycandan 15,6 milyon ABŞ dolları dəyərində içki və tütün idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, bir il əvvəlki göstəricidən 5 dəfə çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana analoji məhsullar tədarük edən ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 173,5 milyon ABŞ dolları dəyərində içki və tütün alıb ki, bu da bir il əvvəlki göstəricidən 12,3 % çoxdur.
Bu ilin ilk 7 ayında Gürcüstan Litvadan 29,5 milyon ABŞ dolları, Türkiyədən 25,5 milyon ABŞ dolları, Ermənistandan 13,4 milyon ABŞ dolları, Rusiyadan 6,8 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 286 milyon ABŞ dolları dəyərində içki və tütün alıb ki, bunun da 12,3 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.