"Gilan Holdinq" Bakıda 54 milyon manat nizamnamə kapitallı şirkət yaradıb

Biznes
  • 23 dekabr, 2022
  • 12:51
Gilan Holdinq Bakıda 54 milyon manat nizamnamə kapitallı şirkət yaradıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "G Opco" MMC-ni dövlət qeydiyyatına alıb.

"Report" Nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 206 (məhəllə 466), nizamnamə kapitalı 54 089 104 manat, qanuni təmsilçisi isə Toğrul Ülvi oğlu Hacıyevdir.

Sözügedən ünvan "Gilan Holdinq" MMC-yə məxsusdur.

44 filmi