Bakıda kommersiya obyektlərinin təklifi 17 %-dək artıb - RAYONLAR ÜZRƏ QİYMƏT DİNAMİKASI

Biznes
  • 04 mart, 2023
  • 12:47
Bakıda kommersiya obyektlərinin təklifi 17 %-dək artıb - RAYONLAR ÜZRƏ QİYMƏT DİNAMİKASI

Bu ilin yanvar ayında Bakıda kommersiya obyektlərinin satış qiymətləri (1 kvadrat metrə görə) dekabr ayına nisbətən 0,5 %, son 1 ildə isə 2,4 % artıb.

Bunu "Report"a “Vecon Consulting” şirkətinin təsisçisi, iqtisadçı ekspert Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, bazarda təklif sayı ay ərzində 1,5 % azalıb, il ərzində 16,8 % yüksəlib.

"Obyektlərin icarə qiymətləri (1 kvadrat metrə görə) ay ərzində 2,3 %, il ərzində isə 7,5 % artıb. Kommersiya obyektlərinin icarəsi üzrə təklif sayında göstəricilər satışa təklif olunan obyektlərlə uyğunluq təşkil edərək, müvafiq olaraq 1,4 % azalıb və 17 % artıb", - “Vecon Consulting” şirkətinin təsisçisi, iqtisadçı ekspert Vüqar Oruc bildirib..

Ünvan

2022-ci il dekabr ayına nisbətən kommersiya obyektləri seqmentində qiymətlərin artım %-i

2022-ci il yanvar ayına nisbətən kommersiya obyektləri seqmentində qiymətlərin artım %-i

Nəsimi rayonu

0,2%

4 %

Nizami rayonu

0,4%

2,7%

Qaradağ rayonu

-0,5%

-1%

Sabunçu rayonu

-0,3%

-0,3%

Səbail rayonu

0,5%

7 %

Suraxanı rayonu

0,2%

-1%

Xətai rayonu

1,2%

4,2%

Yasamal rayonu

1,1%

2,5%

Binəqədi rayonu

0,3%

0,7%

Nərimanov rayonu

1,7%

5,1%

Ortalama

0,5%

2,4%

44 filmi