Azərbaycanın sement istehsalçısı nizamnamə kapitalını 53% azaldır

Biznes
  • 18 iyul, 2018
  • 05:43
Azərbaycanın sement istehsalçısı nizamnamə kapitalını 53% azaldır

Bakı. 18 iyul. REPORT.AZ/ Azərbaycanda sement istehsalı ilə məşğul olan “HGC Group” MMC nizamnamə kapitalını 52,78% və yaxud 190 mln. manat azaldaraq 170 mln. manata endirdiyini elan edib.

“Report” xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib.

Xatırladaq ki, “HGC Group” 2013-cü ildə yaradılıb. Şirkət Qazax rayonunun Daş Salahlı kəndində fəaliyyət göstərir.