Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi 7 %-ə yaxın artıb
Biznes
- 04 mart, 2026
- 16:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 77 milyon 885 min ABŞ dolları təşkil edib.
"Report" un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 % çoxdur.
Hesabat dövründə Gürcüstanla ticarət ümumi dövriyyənin 2,2 %-i qədər olub.
İl ərzində Azərbaycanın Gürcüstana ixracının dəyəri 7,3 % artaraq 69 milyon 311 min ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 0,6 % artaraq 8 milyon 574 min ABŞ dolları olub.
Ay ərzində Gürcüstana ixrac ümumi ixracın 3,1 %-ni, Gürcüstandan idxal isə ümumi idxalın 0,7 %-ni təşkil edib.
Son xəbərlər
01:28
Nizami rayonunda iki gün su olmayacaq
İnfrastruktur
01:08
Türkiyədə dini mərasimdə 100 nəfər qidadan zəhərlənib
Region
00:47
İran ABŞ-nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib
Region
00:16
Video
İngiltərə Premyer Liqasında son doqquz ildə ən uzun məsafədən qol vurulub
Futbol
23:52
Skott Bessent: Avropa Rusiyaya Ukraynaya ayırdığından çox pul ödəyib
Digər ölkələr
23:38
Fransada etiraz aksiyaları zamanı təxminən 2 400 nəfər saxlanılıb - Yenilənib-2
Digər ölkələr
23:23
Almaniya siyasətçisi təsadüfən deputat mandatından imtina edib
Digər ölkələr
22:58
İran 2027-ci ildə yerli qırıcı təyyarəsini sınaqdan keçirmək niyyətindədir
Region
22:43
ABŞ Avropanı "Starlink"ə qarşı məhdudiyyətlərə görə sarsıdıcı cavabla hədələyib
Digər ölkələr