Azərbaycanın əsas tədarük bazarından qızılgül idxalı kəskin azalıb

Biznes
  • 05 iyul, 2022
  • 08:53
Azərbaycanın əsas tədarük bazarından qızılgül idxalı kəskin azalıb

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 1,228 milyon ABŞ dolları dəyərində 1,044 milyon ədəd qızılgül gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 26 %, kəmiyyət olaraq – 34,5 % azdır.

Hesabat dövründə Ekvadordan 785,21 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 36,4 % azalıb) 651,23 min ədəd (-42 %), Niderlanddan 103,21 min ABŞ dolları dəyərində (-8 %) 110,85 min ədəd (-24 %), Kolumbiyadan 210,46 min ABŞ dolları dəyərində (+3 dəfə) 154,21 min ədəd (+97,4 %), Keniyadan 55,38 min ABŞ dolları dəyərində (+3,2 dəfə) 63,06 min ədəd (+2,7 dəfə), Almaniyadan 38,5 min ABŞ dolları dəyərində (+2 dəfə) 35,35 min ədəd (+2,2 dəfə) məhsul idxal edilib.

Qeyd edək ki, ötən il xaricdən (13 ölkədən) aldığımız 3,1 milyon ədəd qızılgülün 75 %-i Ekvadorun payına düşüb.