Azərbaycanın çay idxalı ixracını 9 dəfəyə yaxın üstələyib
Biznes
- 19 iyun, 2019
- 11:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycan 3,689 milyon ABŞ dolları dəyərində 580,2 ton çay ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 277 min dollar (7%) və 7,6 ton (1,3%) azdır.
Bundan başqa, 5 ay ərzində Azərbaycan 19,538 mln dollar dəyərində 5 134 ton çay idxal edib. Bu isə illik müqayisədə müvafiq olaraq 279 min dollar (1,4%) və 144,3 ton (2,9%) çoxdur.
Hesabat dövründə çay ixracı Azərbaycanın ümumi ixracının 0,04%-ni, çay idxalı isə ölkənin ümumi idxalının 0,33%-ni təşkil edib. Bununla da, yanvar-may aylarında Azərbaycanın çay idxalı ixracını 8,85 dəfə üstələyib.
Son xəbərlər
05:45
Egey dənizində zəlzələ olub
Region
04:57
Rubio: Vens prezident seçkilərində iştirak etsə, onu dəstəkləyəcəyəm
Digər ölkələr
04:07
Foto
Türkiyənin sabiq naziri Fatma Betül Sayan Kaya həbs edilib
Region
03:44
Heqset: Konqresdə mənim istefama nail ola bilməyəcəklər
Digər ölkələr
03:03
Kuşner: ABŞ və müttəfiqləri Avropaya dair məzmunlu məsləhətləşmələr aparıb
Digər ölkələr
02:49
Zonqulkdakda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Region
02:29
Tramp: Ukrayna ilə bağlı saziş bütün Avropaya təsir edə bilər
Digər ölkələr
02:19
İran "Starlink"ə qarşı yerli peyk interneti yaratmaq istəyir
Region
01:59
UEFA Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" səfərdə qələbə qazanıb
Futbol