Azərbaycanın aparıcı pivə istehsalçısı daşınmaz əmlaklarını satmaq istəyir
- 14 may, 2025
- 09:30
Yeniliklərdən dərhal xəbərdar olun!
İyunun 30-da, saat 10:00-da “Bakı-Pivə” ASC-nin ("Carlsberg Azerbaijan") səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi, 1 ünvanında olacaq.
Yığıncağın gündəliiyinə Cəniyyətin Təftiş və Hesablama komissiyalarının buraxılması və yeni tərkibdə seçilməsi, Müşahidə Şurası üzvlərinin müəyyən edilməsi, 2024-cü il üzrə maliyyə hesabatlarının təsdiq olunması, xalis mənfəətinin bölüşdürülməsi, dividend ödənilməsi, eləcə də müəssisənin balans dəyərinə daxil olan daşınmaz əmlakların - ofis binasının və istehsalat sahəsinin satılması məsələləri daxildir.
Xatırladaq ki, “Bakı-Pivə” 1999-cu ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 2,471 milyon manatdır.