Azərbaycanın aparıcı avtomobil istehsalçısı lizinq şirkətini yaradıb

Biznes
  • 07 dekabr, 2021
  • 08:47
Azərbaycanın aparıcı avtomobil istehsalçısı lizinq şirkətini yaradıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Azərmaş Lizinq" MMC-ni dövlət qeydiyyatına alıb.

“Report” Nazirliyə istinadən xəbər verir ki, yeni şirkət “Azərmaş” ASC ilə eyni hüquqi ünvanda - Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yol, 4-də qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Ramiz Saday oğlu Mehdiyevdir.

Xatırladaq ki, "Azərmaş" 2016-cı ildə yaradılıb, ölkənin aparıcı avtomobil istehsalçıdır. Şirkət İqtisadiyyat Nazirliyinə məxsus Neftçala Sənaye Məhəlləsində İrandan, Hacıqabul Sənaye Məhəlləsində isə Rusiyadan olan tərəfdaşları ilə birgə fəaliyyət göstərir.

44 filmi