Azərbaycanda daha 135 nəqliyyat vasitəsi hərraca çıxarılacaq
Biznes
- 16 yanvar, 2026
- 11:21
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Martın 10-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı növbəti dəfə hərrac keçirəcək.
"Report" bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca ümumi dəyəri 235 min 805 manat olan 135 nəqliyyat vasitəsi çıxarılacaq.
Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılıb.
Son xəbərlər
15:55
Azərbaycanın təbiət əsaslı turizmi beynəlxalq sənədli filmdə işıqlandırılıb
Turizm
15:53
Foto
Azərbaycanın karate komandası dünya çempionatını medal sıralamasında ilk "10-luq"da başa vurub
Fərdi
15:46
Dünya Bankı ilə maliyyə sektorunun inkişaf meylləri müzakirə edilib
Maliyyə
15:45
Foto
Azərbaycanda sumonun inkişaf perspektivləri müzakirə edilib
Fərdi
15:41
"MJ Finance" BOKT-un istiqrazlarına 247 investor maraq göstərib
Maliyyə
15:35
Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub
Maliyyə
15:33
Ankarada Nəsiminin yaradıcılıq irsinə həsr olunmuş simpozium keçirilib
Ədəbiyyat
15:30
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Futbol
15:30
Nigeriyada yaraqlıların hücumu zamanı 10 hərbçi ölüb
Digər ölkələr