Azərbaycana 5 ölkədən qızılbalıq idxalı bərpa edilib
- 14 mart, 2023
- 13:52
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ildə Azərbaycana 3,9 milyon ABŞ dolları dəyərində 609,7 ton qızılbalıq (təzə və dondurulmuş) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki illə müqayisədə dəyər ifadəsində 79,4 %, kəmiyyət olaraq – 36 % çoxdur.
Hesabat dövründə Çilidən 2,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,2 dəfə çoxdur) 380 ton (+91 %), Norveçdən 1 milyon ABŞ dolları dəyərində (+67 %) 147 ton (+56,4 %), Lüksemburqdan 411 min ABŞ dolları dəyərində (+78 %) 27 ton (+59 %), Farer adalarından 62,4 min ABŞ dolları dəyərində 34,6 ton, Kanadadan 40,7 min ABŞ dolları dəyərində 13,6 ton balıq alınıb.
Azərbaycana Gürcüstandan (10 min ABŞ dolları dəyərində 1 ton), Niderlanddan (0,8 min ABŞ dolları dəyərində 0,1 ton), Türkiyədən (40 min ABŞ dolları dəyərində 6,2 ton), Farer adalarından və Kanadadan qızılbalıq idxalı bərpa edilib.
2021-ci ildə Azərbaycanın idxal etdiyi (10 ölkədən) 448 ton qızılbalığın 45 %-i Çilinin, 21 %-i Norveçin payına düşüb.