Azərbaycan Rusiyanın Kirov vilayətindən taxta idxal edib

Biznes
  • 26 iyul, 2022
  • 05:45
Azərbaycan Rusiyanın Kirov vilayətindən taxta idxal edib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Kirov vilayəti üzrə İdarəsi, bu ilin əvvəlindən bölgədən Azərbaycana ixrac edilmiş 40,5 min kubmetr taxtanın daşınmasına nəzarət edib.

"Report" bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.

Məlumata görə, bunun 1,3 min kubmetri sənaye, 39,2 min kubmetri isə mişar taxtası olub

İxrac edilən hər partiya idxalçı ölkənin fitosanitar tələblərinə cavab veribş, taxta-şalban ixracı üçün yükgöndərənlərə 410 fitosanitar sertifikat verilib.