Azərbaycan Rusiyadan 16 ton yulaf lapası və kəpək idxal edib

Biznes
  • 21 fevral, 2023
  • 11:31
Azərbaycan Rusiyadan 16 ton yulaf lapası və kəpək idxal edib

Bu il Rusiyanın Tümen vilayətindən Azərbaycan 16 ton yulaf lapası və kəpək ixrac edilib.

"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.

"Rosselxoznadzor"un Tümen vilayəti, Yamalo-Nenets və Xantı-Mansiysk Muxtar Dairələri üzrə əməkdaşları tərəfindən bu il ümumi çəkisi 31 min tondan çox olan taxıl və taxıl emalı məhsullarının ixracına nəzarət edilib.

Məlumata görə, ixrac edilən məhsulun 17 min tona yaxını buğda, 13 min tondan çoxu arpa, 0,5 min tondan çoxu noxud, 0,066 min ton yulaf lapası və 0,295 min tonu isə kəpək olub. Bu məhsullar üzrə 925 fitosanitar sertifikat verilib.

Bu məhsulların əsas idxalçısı Qazaxıstan olub. Hesabat dövründə bu ölkəyə 30 min tondan çox məxsul ixrac edilməsi üçün 917 fitosanitar sertifikat verilib. Qırğızıstana isə 295 ton buğda kəpəyi üçün 6 sertifikat verilib.

44 filmi