Azərbaycan Özbəkistandan pambıq toxumu idxal etməyə başlayıb
- 23 avqust, 2024
- 08:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Azərbaycan 7,61 milyon ABŞ dolları dəyərində 2 min 576 ton pambıq toxumu idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 9 %, kəmiyyət olaraq – 9 % azdır.
Hesabat dövründə Azərbaycan Türkiyədən 7,59 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 9 % azdır) 2 min 575 ton (-8,5 %), İsraildən 5,6 min ABŞ dolları dəyərində 0,35 ton (bir il əvvəl tədarük olmayıb) və Özbəkistandan 0,3 min ABŞ dolları dəyərində 0,1 ton pambıq toxumu alıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Özbəkistandan tədarük həyata keçirilib.