Azərbaycan Misirdən çiyələk idxalını bərpa edib
Biznes
- 12 iyun, 2025
- 14:40
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I rübündə Azərbaycan 18,4 min ABŞ dolları dəyərində 5,4 ton çiyələk və bağ çiyələyi (təzə) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 37 % azdır.
Azərbaycan Misirdən 10 min ABŞ dolları dəyərində 2 ton, Türkiyədən 6,5 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 67 % az) 2,6 ton (-67 %) və İrandan 1,9 min ABŞ dolları dəyərində (+34 %) 0,7 ton (+45 %) məhsul alıb.
Azərbaycan 7 ilin tamamında Misirdən çiyələk tədarükünü bərpa edib.
2024-cü ildə Azərbaycana idxal edilmiş 24,5 ton çiyələyin 94,7 %-i Türkiyənin payına düşüb.
Son xəbərlər
06:45
Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq
Energetika
06:25
"Brent" markalı neftin qiyməti may ayından bəri ilk dəfə 114 dolları ötüb
Energetika
05:55
"SpaceX" ABŞ-də ən azı 80 min mobil rabitə qülləsinə çıxış əldə etməyi planlaşdırır
İKT
05:18
Niderland "Ostin" fırtınasına hazırlaşır
Digər ölkələr
04:49
ABŞ Hərbi Dəniz Qüvvələri gəmilərdə süni intellekt sisteminin tətbiqinə 25 milyon dollar ayırıb
Digər ölkələr
04:15
Rubio və Rütte Qara dənizdə təhlükəsizliyi müzakirə ediblər
Digər ölkələr
03:50
Tramp yanacağın bahalaşmasına qarşı Koreya müharibəsi dövrünün qanununu tətbiq edib
Digər ölkələr
03:27
Antonelli ABŞ Qran-prisində "Formula-1" tarixinin ən gənc çempionu ola bilər
Formula 1
02:40
Azərbaycan BMT-də din və əqidə azadlığı üzrə xüsusi məruzəçiyə etiraz edib
Xarici siyasət