Azərbaycan martda Türkiyədən zərgərlik məmulatlarının idxalına çəkdiyi xərci 11 dəfə artırıb

Biznes
  • 08 aprel, 2023
  • 08:24
Azərbaycan martda Türkiyədən zərgərlik məmulatlarının idxalına çəkdiyi xərci 11 dəfə artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Türkiyədən 3,183 milyon ABŞ dolları dəyərində zərgərlik məmulatları idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 dəfə çoxdur.

Təkcə martda isə Türkiyə Azərbaycana 1,314 milyon ABŞ dollarlıq zərgərlik məmulatları ixrac edib ki, bu da illik müqayisədə 10,7 dəfə çoxdur.

I rübdə Türkiyənin zərgərlik məmulatları ixracının ümumi dəyəri illik müqayisədə 31,1 % artaraq 1,684 milyard ABŞ dollarına, mart ayında isə 70,3 % artaraq 740 milyon ABŞ dollarına çatıb.