Azərbaycan Krasnoyarska meyvə-tərəvəz, çay və ədviyyat ixrac edib

Biznes
  • 08 avqust, 2022
  • 08:35
Azərbaycan Krasnoyarska meyvə-tərəvəz, çay və ədviyyat ixrac edib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Krasnoyarsk diyarı üzrə idarəsi, bu il bölgəyə idxal edilmiş təxminən 17 min ton məhsula nəzarət edib.

"Report" bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.

Məlumata görə, söhbət ümumilikdə 3 382 partiya bitkiçilik məhsullarından gedir və onlara karantin fitosanitar nəzarəti aktları verilib.

Belə ki, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tailand, Ermənistan, Azərbaycan və Tacikistandan 11,5 min ton meyvə-tərəvəz, Hollandiyadan 252 ton soğan, Qazaxıstandan 66 ton düyü, Azərbaycan, Tacikistan və Özbəkistandan 160 kq qoz-fındıq və paxlalı bitkilər, həmçinin 15 kq çay və ədviyyat ölkəyə buraxılıb.