Azərbaycan holdinqi 24 milyon nizamnamə kapitalı ilə yeni şirkət yaradıb
Biznes
- 16 noyabr, 2023
- 11:01
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Gala Olıves" MMC-ni dövlət qeydiyyatına alıb.
“Report” Nazirliyə istinadən xəbər verir ki, yeni şirkət "PAŞA Holdinq" MMC ilə eyni hüquqi ünvanda - Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153-də qeydiyyatdan keçib.
Onun nizamnamə kapitalı 24,432 milyon manat, qanuni təmsilçisi isə Vahid Vaqif oğlu Novruzovdur. O, həm də holdinqə məxsus “Agro Food İnvestments” MMC-nin direktorudur. V.Novruzov bu vəzifəyə bu ilin aprel ayında kənd təsərrüfatı naziri təyin olunmuş Məcnun Məmmədovun yerinə gətirilib.
"Gala Olives"in adı onun Bakının Xəzər rayonun Qala qəsəbəsində zeytun istehsalı ilə məşğul olacağından xəbər verir.
Son xəbərlər
08:15
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
Hadisə
08:10
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:03
Demokratlar Kanada mallarına qoyulan rüsumları ləğv etmək istəyirlər
Digər ölkələr
08:00
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
Media
07:20
Yeni Zelandiya sahillərində onlarla qara delfin ölüb
Digər ölkələr
06:42
Tramp seçkilərdən sonra İranla bağlı ilk müşavirəni keçirib
Digər ölkələr
06:15
Sorğu: Makrona etimad səviyyəsi Ollandın antirekordundan da aşağı düşüb
Digər ölkələr
05:45
Egey dənizində zəlzələ olub
Region
05:26
"Reuters": Ukrayna və ABŞ-nin "Starshield"dən istifadə ilə bağlı müqaviləsinin müddəti 2027-ci ildə başa çatır
Digər ölkələr