Azərbaycan Gürcüstandan yerli istehsal mallarının idxalına çəkdiyi xərci 16 % azaldıb
- 24 iyul, 2024
- 08:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Azərbaycan Gürcüstandan 52,917 milyon ABŞ dolları dəyərində yerli istehsal malları idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,6 % azdır.
“Report” bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.
Azərbaycana tədarük qonşu ölkənin yerli məhsul ixracının 4,1 %-ni təşkil edib.
Hesabat dövründə Gürcüstan ümumilikdə 1 milyard 293,177 milyon ABŞ dolları dəyərində yerli istehsal malı ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 11,5 % azdır.
Gürcüstanın yerli məhsulların ixracında əsas tərəfdaşları Rusiya (271,177 milyon ABŞ dolları; 1,8 % çox), Türkiyə (217,225 milyon ABŞ dolları; 16 % çox), Çin (129,562 milyon ABŞ dolları; 34,5 % az) və Ermənistan (64,922 milyon ABŞ dolları; 16,1 % az) olub.