Azərbaycan Gürcüstandan yerli istehsal mallarının idxalına çəkdiyi xərci 12 % azaldıb
- 20 avqust, 2024
- 11:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Azərbaycan Gürcüstandan 69,273 milyon ABŞ dolları dəyərində yerli istehsal malları idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,2 % azdır.
“Report” bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.
Azərbaycana tədarük qonşu ölkənin yerli məhsul ixracının 4,4 %-ni təşkil edib.
Hesabat dövründə Gürcüstan ümumilikdə 1 milyard 586,519 milyon ABŞ dolları dəyərində yerli istehsal malı ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 7,2 % azdır.
Gürcüstanın yerli məhsulların ixracında əsas tərəfdaşları Rusiya (325,755 milyon ABŞ dolları; 0,7 % çox), Türkiyə (258,866 milyon ABŞ dolları; 16,3 % çox), Çin (156,919 milyon ABŞ dolları; 27,8 % az), Ermənistan (83,561 milyon ABŞ dolları; 4,7 % az) və ABŞ-a (81,701 milyon ABŞ dolları; 87,3 % çox) olub.